21 Sentyabr 19:34 “İnter”də argentinalı futbolçu
FUTBOL xəbərləri 21 Sentyabr 19:34
1110 baxış

“İnter”də argentinalı futbolçu

İtaliyanın “İnter” klubu heyətini yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi hücumçuyla güclənib.

 

“Neradzurra” “Boka Xuniors”un 17 yaşlı futbolçusu Fakundo Kolidionu transfer edib. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Kolidio ilə 3 illik müqavilə bağlanıb. Hücumçu üçün “Boka Xuniors”a 6 milyon avro ödəniləcək.

 

Qeyd edək ki, gənc futbolçu “İnter”in gənclərdən ibarət komandasında çıxış edəcək.

Xəbər lenti