[b]“Keşlə” ilk kubokunu qazandı - YENİLƏNİB[/b]
28.05.2018 - 21:53
[b]“Keşlə” ilk kubokunu qazandı - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.

 

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşıb. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyıb.

 

Görüş "Keşlə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Pərdis Fərcad-Azadın 71-ci dəqiqəsində vurduğu qol matçda yeganə olub. 

 

Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul olub.

 

Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirib. Bakılılar ölkəmizi Avrokuboklarda təmsil edəcək son komanda olub.

 

 

Azərbaycan kuboku

Final
28 may (bazar ertəsi)
 

“Keşlə” – “Qəbələ” - 1:0

Qol: Pərdis Fərcad-Azad, 71

Qırmızı vərəqə: İlqar Qurbanov, 88
 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcan-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 16. Şahin Zəkiyev

Məşqçi: Sergey Revit

 

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

0