[b]“Mil-Muğan” “Qəbələ”yə, MOİK “İnter”ə rəqib oldu[/b]
11.10.2017 - 15:52
[b]“Mil-Muğan” “Qəbələ”yə, MOİK “İnter”ə rəqib oldu[/b]

Bu gün Azərbaycan kubokunun 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, sayca 26-cı olan ölkə kuboku iki görüşlə başlayıb.

 

18 komandanın qatıldığı yarışın 1/16 final mərhələsində yalnız I divizion təmsilçiləri mübarizə aparıblar.

 

Qarşılaşmalardan biri Bakıda, digəri əyalətdə baş tutub. Bölgə təmsilçilərinin duelində "Mil-Muğan" "Ağsu" səddini 1 qolla keçib. Digər matçda isə "Turan Tovuz" MOİK-in qonağı olub. İki il əvvəl 1/16 finalda indiki rəqibinə uduzan "hərbçilər" revanşı alıblar. Belə ki, bakılılar son dəqiqələrdə vurulan qələbə qolu sayəsində mübarizəni davam etdiriblər.

 

Bu mərhələnin qaliblərinin 1/8 finaldakı rəqibləri də məlumdu. "Mil-Muğan" “Qəbələ” ilə, MOİK isə “İnter”lə qarşılaşacaq.

 

 

Azərbaycan kuboku

1/16 final

11 oktyabr (çərşənbə)

 

“Ağsu” – “Mil-Muğan” - 0:1

Qol: Vasif Mehrəliyev, 60

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev        

Dördüncü hakim: Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: Eldar Qasımov  

Hakim-inspektor: Füzili Nəcəfov  

Ağsu şəhər stadionu

“Ağsu”: 12. Şamo Həsənov, 4. Elmixan Məmmədov, 10. Nurlan İsbəndiyarov, 2. Qüvvət Əmrahov, 18. Adil Tağıyev, 19. Ramil Əliyev (k), 16. Elnur Mustafazadə, 15. Vüsal İbrahimov, 17. Malik Babayev, 6. Cavid Nuriyev, 14. Əlimərdan Əlimərdanlı

Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 20. Təmraz Əmircanov, 7. İsa Cəbiyev,

3. Fərrux Rəhimov, 9. Əli Bağırov, 5. Rəvan Kərimov, 11. Fərid Həşimzadə

Baş məşqçi: Rüfət Quliyev

 

“Mil-Muğan”: 1. Şöhrət Rəhimov, 16. Elməddin Məmmədov, 23. Comərd Baxşəliyev (k), 8. Anar Babazadə, 4. Zöhrab Məmmədov, 16. Viqar Əlibabayev, 20. İlqar Hüseynov, 3. Vasif Mehrəliyev, 9. Böyükağa Əhmədov, 19. Elməddin Hüseynzadə, 7. Bayram Əliyev

Ehtiyat oyunçular: 12. Əzəmət Museybov, 6. Nicat Fərəcli, 44. Hüseyn Xəlilzadə, 32. Coşqun Kərimli, 10. Samir Babayev, 25. Çərkəz Həsənov, 11. Afiq Yusifov

Baş məşqçi: Xalıq Mustafayev

 

 

MOİK – “Turan Tovuz” - 2:1

Qollar: İsmayıl İbrahimli, 13; Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Baş hakim: Orxan Məmmədov

Baş hakimin köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev        

Dördüncü hakim: Alik Yunusov

AFFA nümayəndəsi: Rüfət Əliyev  

Hakim-inspektor: Xaqani Məmmədov

 

MOİK: 1. Aydın Bayramov, 5. Cəmil Hacıyev, 2. Hüseyn İsgəndərov, 97. Anar Həsənov, 18. Taleh Muradov, 25. Qərib İbrahimov (k), 7. Mirkamil Əliyev, 77. Bəhruz Teymurov, 20. İsmayıl İbrahimli, 21. Kamil Nurəhmədov, 17. Rəhman Musayev

Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 8. Fərid Əsədov, 85. İlkin Həsənli, 19. Cavid Həziyev, 90. Tofiq Mikayılov, 70. Elgün Abbaslı, 10. Orxan Həsənov, 9. Cavidan Şükürov, 88. Əli Banişevski

Baş məşqçi: Ramil Əliyev

 

“Turan Tovuz”: 77. Mehman Hacıyev, 8. Seymur Tağıyev (k), 22. Tuqay Alhüseynli, 2. Sənan Qocayev, 14. Eltay Tağıyev, 6. Məhəmməd Ağayev, 10. Emin Zamanov, 7. Elnur Səmədov, 17. Ruslan Tağızadə, 5. Tagim Novruzov, 30. Əziz Hüseynov

Ehtiyat oyunçular: 1. Natiq Sərhətov, 11. İlkin Rzayev, 4. Cəlal Cəlalzadə, 3. Ayxan Əsədov, 21. Şahin Quluzadə, 15. Muxtar Cəfərov, 18. Elmin Bayramov

Baş məşqçi: Əsgər Abdullayev

“Bakı” FK-nın təlim-məşq  bazasının stadionu

0