[b]"Pul hər şey deyil" - İtaliyalı qapıçı "Qarabağ"a "yox" dedi[/b]
23.06.2018 - 11:30
[b]"Pul hər şey deyil" - İtaliyalı qapıçı "Qarabağ"a "yox" dedi[/b]

“Peskara”nın qolkiperi Vinçenço Fiorillonun “Qarabağ”a keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, italiyalı qapıçı iş yerini dəyişməmək qərarına gəlib.

 

Fiorillo bu barədə instaqram hesabında paylaşım edib: “Belə paylaşımlar etməyi heç vaxt sevməmişəm, ancaq bugünkünün bir səbəbi var. Artıq 4 ildi ki, bu forma altında çıxış edirəm. Gün olub təriflənmişəm, gün də olub ki, tənqidlərə məruz qalmışam. Son anda finalı qaçırmışam, çempionluq yaşamışam, qəhrəman olduğum dönəmlər olub, bəzən isə hər şeyi məhv etmişəm. Bütün bunlara rəğmən, həmişə bu formaya hörmət bəsləmişəm. Adətən, önəmli mövzularla bağlı açıqlamalar verirəm, boş-boşuna danışmağı sevmirəm. Hazırda istədiyim bir-iki şey var: bu komanda ilə A Seriyasına qayıtmaq, sonuna kimi bu formanı tərlətmək və bəlkə də, bir gün komandanın kapitanı olmaq. Məni razı salmaq üçün mümkün olan hər şeyi etdiyinə görə "Qarabağ"a təşəkkür edirəm. Ancaq düşünürəm ki, pul hər şey deyil. Həyatımın indiki etapında istədiyim hər şey məhz bu şəhərdədi”.

 

Qeyd edək ki, daha öncə “Qarabağ”ın Vinçenço Fiorillo qarşılığında “Peskara”ya 600 min avro təklif edəcəyinə dair xəbər yayılmışdı.

0