[b]“Qarabağ”da 1 saatlıq məşq[/b]
22.06.2018 - 09:55
[b]“Qarabağ”da 1 saatlıq məşq[/b]

Dünən Avstriyada təlim-məşq toplanışına start verən “Qarabağ” ilk günü iki məşqlə keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi axşam məşqinə Bakı vaxtı ilə 20:30-da çıxıb.

 

Hazırlıq təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetiriblər. Hazırlıq toplu çalışmalarla başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 11-də və 18-də “Olimpiya” ilə qarşılaşacaq.

0