[b]“Qarabağ”ın 10-cu zəfəri[/b]
19.10.2017 - 09:53
[b]“Qarabağ”ın 10-cu zəfəri[/b]

“Qarabağ” avrokuboklarda 10-cu dəfə xal qazanıb. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələlərini saymasaq, çempionumuz məğlub olmadığı qarşılaşmaların sayında yubiley həddinə çatıb.

 

Bu, Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Atletiko” ilə görüşündə qeydə alınıb. Bakıda qolsuz heç-heçə edən ağdamlılar bu turnirdə ilk dəfə xal qazanıb.

 

Avropa Liqasındakı 3 mövsümdə 4 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun yetirmələri bununla da qrupda 10-cu dəfə xal sevinci yaşayıb. Bunlardan 4-ü 3, 6-sı 1 xal olub.

 

Ümumilikdə isə Azərbaycan klubları 15-ci dəfə qrupda, yəni əsas mərhələdə xal qazanıb. “Qarabağ”dan başqa, “Neftçi” 3, “Qəbələ” 2 heç-heçə ilə azarkeşlərini sevindirib.

0