[b]Rəşad Sadıqov Totti və Dzeko ilə görüşdü - FOTOSESSİYA[/b]
15.12.2017 - 14:49
[b]Rəşad Sadıqov Totti və Dzeko ilə görüşdü - FOTOSESSİYA[/b]

U-20 və U-21 yığmalarımızın baş məşqçisi təyin olunan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov hazırda İtaliyanın paytaxtı Romadadı. Apasport.az saytı xəbər verir ki, o, UEFA-nın PRO kateqoriyalı məşqçilik kursu çərçivəsində “Roma”nın düşərgəsinə yollanıb.

 

“Canavarlar”ın məşqini izləyən Sadıqov komandanın baş məşqçisi Eusebio di Françesko ilə yanaşı, klubun idman direktoru Françesko Totti, futbol direktoru Ramon Monçi və bosniyalı hücumçusu Edin Dzeko ilə görüşüb.

 

Qeyd edək ki, Sadıqov “Roma”nın sabah “Kalyari” ilə keçirəcəyi çempionat matçını da izləyəcək. 

0