[b]“Sevilya”nın rekordu qırıldı[/b]
17.05.2018 - 01:30
[b]“Sevilya”nın rekordu qırıldı[/b]

Avropa Liqasının final oyununda “Marsel”lə qarşılaşan “Atletiko” 3:0 hesablı qələbə qazaraq kuboka yiyələnib. Apasport.az saytının məlumatına görə, bu, “Atletiko”nun Avropa Liqasında 3-cü qələbəsidi.

 

Daha əvvəl 2009/2010 və 2011/2012 mövsümündə həlledici oyuna çıxan “hindular” hər iki halda kuboka sahib olmuşdu.

 

“Atletiko” bu uğurla La Liqadakı rəqiblərindən “Sevilya”nın rekordunu təkrarlayıb. Əndəlüs klubu da 3 dəfə yüksəldiyi final oyunlarının hər birində qalib gəlib – 2014, 2015 və 2016.

 

0