[b]Skopyedən Bakı Olimpiya Stadionunadək[/b]
21.11.2017 - 10:02
[b]Skopyedən Bakı Olimpiya Stadionunadək[/b]

Çempionlar Liqasının V turunun “Çelsi” ilə qarşılaşması “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi sabah meydana çıxsa, avrokuboklarda 60-cı matçını keçirəcək.

 

Belə ki, Qara indiyədək 59 dəfə qitə miqyaslı turnirlər çərçivəsində meydana çıxıb. 2010/11 mövsümündə ilk dəfə avrokubok həyəcanı yaşayan futbolçu 2010-cu il iyulun 8-də Makedoniyanın paytaxtı Skopyedə debüt edib. O, “Metallurq”la 1:1 hesablı bərabərlikdə pay sahiblərindən biri olub.

 

Həmin vaxtdan yalnız “Qarabağ”da çıxış edən yarımmüdafiəçi bütün avrokubok görüşlərini də Ağdam təmsilçisinin heyətində keçirib. 59 qarşılaşmadan 22-si Çempionlar Liqasında, 37-si Avropa Liqasında baş tutub.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

0