[b]U-17-də 24, U-19-da 20 futbolçu[/b]
13.02.2018 - 11:44
[b]U-17-də 24, U-19-da 20 futbolçu[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, sabah digər millimiz – qızlardan ibarət U-19-da məşqlərə başlayacaq. Komandalarımızın hər ikisi toplanışın sonunadək Bakıda hazırlıq keçəcək.

 

Artıq dünəndən bir araya gələn U-17 fevralın 12-dən 28-dək, U-19 isə fevralın 14-dən 21-dək birgə hazırlıq prosesini gerçəkləşdirəcək.

 

U-17-yə 24 futbolçu çağırılıb. Millinin heyətində Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə)

Coşqunə Əliyeva, Nərgiz Əliyeva, Nigar Mirzəliyeva (hamısı “Baku City”), Birgul Çelik (“Çərkəzköy 1923 Spor”, Türkiyə), Ləman Niftəliyeva, Alina Nahmədova, Umnisə Əliyeva (hamısı “Fidan”), Aytac Feyzullayeva (“Gənclik” Şəki), Gizem Arık (“Kanalboyu Nilufərspor”, Türkiyə), Pərvin Səfərəliyeva, Fidan Abdulrahmanova, Nəzrin Məmiyeva (hamısı “Keşlə”), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Minarə Gözəlova, Elvira Əsgərzadə, İlahə Əkbərova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Nemətova, Lamiyə Əlizadə (hamısı “Təhsil” Bakı), Melis Ersoy (“Karabük Gənclikspor”, Türkiyə) hazırlıq keçir.

 

U-19-a 20 oyunçu dəvət alıb. Bunlar Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Dilge Uyğun (“Ayntraxt”, Frankfurt, Almaniya), Kapçak Dərya (“Çərkəzköy 1923 Gənclik Spor”, Türkiyə), Firəngiz Əzizova, Ayşən Əhmadova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı “Gənclik” Şəki), Firəngiz Teymurova (“Keşlə”), Nigar Abdulova (“Qəbələ”), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek” Balakən), Vüsalə Hacıyeva, Arzu Əliyeva (hər ikisi “Sumqayıt”), Həqiqət Qasımova (“Təhsil”), Peritan Bozdağ, Muazəz Yağmur Özkumru (hər ikisi “Konak Bələdiyyə spor”, Türkiyə), Siddika Iriş (“Konya Pema Koleci”, Türkiyə), Nino Qurqenidze (“Martve”,  Gürcüstan), Ülkü Özdəmir, Haticə Özdəmirdi (hər ikisi “Montabaur”, Almaniya).

 

 Mənbə: affa.az

0