[b]“Uduzsaq da, bu, dünyanın sonu deyil” – Zarifoviç[/b]
17.07.2018 - 20:15
[b]“Uduzsaq da, bu, dünyanın sonu deyil” – Zarifoviç[/b]

“Oyunun çətin olacağı məlumdu”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın müdafiəçisi Aris Zarifoviç deyib.

 

Sloveniya klubunun üzvü Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyun öncəsi fikirlərini bildirib.

 

O, keçirilən mətbuat konfransında növbəti mərhələyə adlamağa çalışacaqlarını vurğulayıb: “Rəqib nə qədər güclü olsa da, mərhələ adlamağa çalışacağıq. Ümid edirəm ki, sabah öz oyunumuzu göstərə biləcəyik”.

 

- “Qarabağ”ı nə ilə təəccübləndirəcəksiniz?

- “Olimpiya” yeni qurulmuş komandadı. Bizim üçün çətin olacağını bilirik. Baş məşqçimiz də yenidi. İlk görüşdə “Qarabağ” favorit olsa da, gördük ki, onlarla mübarizə apara bilərik. Sabah da mərhələ adlamaq üçün meydana çıxacağıq.

 

- Mərhələni keçməmək sizin üçün nə demək olar?

- Uduzsaq belə, bu, dünyanın sonu olmayacaq. Çünki belədə Avropa Liqasında yolumuza davam edəcəyik.

 

- Növbəti mərhələ şansınızı necə görürüsünüz?

- Bunun üçün əlimizdən gələni edəcək və sübut etməyə çalışacağıq ki, ən yaxşı komandayıq. Sabah sona qədər mübarizə aparacağıq.

0