17 Avqust 17:29 UEFA Maksim Medvedevlə bağlı qərar verdi
FUTBOL xəbərləri 17 Avqust 17:29
5229 baxış

UEFA Maksim Medvedevlə bağlı qərar verdi

UEFA Danimarkanın "Kopenhagen" klubunun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar şikayət məktubuna cavab verib. Apasport.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

 

Avropa futbol qurumu "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurması ilə bağlı iddialarını əsassız sayıb. Belə ki, müdafiəçinin rəqibinə dirsək zərbəsi vurduğunu düşünən kopenhagenlilərin müraciətinə “yox” cavabı verilib.

 

Bu isə o deməkdi ki, Maksim cavab oyununda da iştirak edə biləcək.

 

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də Danimarka paytaxtında keçiriləcək.

 

Xəbər lenti