[b]“Valensiya”da yeni futbolçu[/b] - FOTO
22.08.2017 - 10:32
“Valensiya” heyətinə daha bir oyunçu qatıb. Apasport.az saytının məlumatına görə, “yarasalar” Joffrey Kondoqbia ilə gücləniblər.
Belə ki, La Liqa klubu İtaliya "İnter"inin futbolçusunu icarəyə götürüb. Razılaşmaya əsasən, fransalı dayaq yarımmüdafiəçisi qarşıdakı 2 ili “Valensiya”nın heyətində keçirəcək. İspanlar istəsələr, mövsümün sonunda 25 milyon avro qarşılığında 24 yaşlı futbolçunun transfer hüququna birdəfəlik yiyələnə bilərlər.
Qeyd edək ki, Kondoqbia yeni komandasında 16 nömrəli formanı geyinəcək.
0
0