[b]Yığma yerində qaldı[/b]
17.05.2018 - 12:00
[b]Yığma yerində qaldı[/b]

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 211 komandası yer alıb.

 

Hesabat dövründə cəmi 6 yoxlama oyunu keçirildiyindən cədvəldə cüzi dəyişikliklər olub. Beş həftəlik hesabat dövründə heç bir oyuna çıxmayan Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz 245 xalla yenə 126-cı yerə şərikdi.

 

Lakin ötən ayla Sudanla Sent-Kitts və Nevis eyni xala malik idisə, artıq sonuncular mövqeyini əldən verib. Azərbaycan isə 126-cı sıranı Sudanla bölür.

 

Millimiz və qonşuları

122 (122). Tailand - 253

123 (123). Ruanda – 252

124 (124). Antiqua və Barbuda – 251

124 (125). Yəmən - 251

126 (126). Azərbaycan – 245

126 (126). Sudan - 245

128 (129). Türkmənistan - 242

128 (129). Toqo – 242

130 (126). Sent-Kitts və Nevis – 241

 

Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər baş verməyib. Dünya futbolunun liderlərindən yalnız ikisinin xal hesabı dəyişib. Almaniya 11, Polşa 10 xal artımına sevinib.

 

İlk “onluq”

1 (1). Almaniya - 1544

2 (2). Braziliya - 1384

3 (3). Belçika - 1346

4 (4). Portuqaliya - 1306

5 (5). Argentina - 1254

6 (6). İsveçrə - 1179

7 (7). Fransa – 1166

8 (8). İspaniya – 1162

9 (9). Çili – 1146

10 (10). Polşa - 1128

 

Siyahıda yer alan millimizin rəqiblərindən Qazaxıstan 2, Farer adaları 1 pillə irəliləyib. Millətlər Liqası və yoxlama oyunlarındakı rəqiblərdən Qırğızıstan, Latviya, Kosovo, Farer adaları və Maltanın həm yeri, həm də xal hesabı dəyişməz qalıb.

 

Millimizin rəqibləri

75 (75). Qırğızıstan - 424

93 (94). Farer adaları – 364

117 (119). Qazaxıstan - 273

139 (139). Latviya - 217

152 (152). Kosovo - 164

185 (185). Malta - 62

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 714 xalla 37-ci yerdə qərarlaşıb.

 

 

0