19 Fevral 13:57 Yığmamız Lahti və Vantaada oynayacaq
FUTBOL xəbərləri 19 Fevral 13:57
386 baxış

Yığmamız Lahti və Vantaada oynayacaq

19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun III qrupunun oyunlarının yeri və vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının çıxış edəcəyi qrupun qarşılaşmaları aprelin 4-10-da Finlandiyada baş tutacaq.

 

Yığmamız Fransa və Belçika ilə görüşləri Lahti şəhərindəki “Kisapuisto” stadionunda keçirəcək. Bu arena 4 min tamaşaçı tutumuna malikdi.

 

Millimizin son turda meydan sahiblərinə qarşı oyunu Vantaada baş tutacaq. Matç 4 min 700 azarkeş qəbul edən İSS stadionunda keçiriləcək.

 

Avropa çempionatının elit-raundu

III qrup

 

I tur, 4 aprel

13:30. Fransa - Azərbaycan

Lahti. “Kisapuisto” stadionu

 

II tur, 7 aprel

13:30. Belçika – Azərbaycan

Lahti. “Kisapuisto” stadionu

 

III tur, 10 aprel

19:30. Azərbaycan – Finlandiya

Vantaa. İSS stadionu

 

Qeyd: Oyunların vaxtı Bakı saatı ilə göstərilib.

Xəbər lenti