[b]“Zirə”dən 5-ci transfer[/b]
23.07.2018 - 12:27
[b]“Zirə”dən 5-ci transfer[/b]

Azərbaycan millisinin hücumçusu Pərdis Fərcad-Azad karyerasını ölkəmizdə davam etdirəcək. “Zirə”nin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Keşlə”nin sabiq forvardı bu klubla anlaşıb.

 

Paytaxt klubunun Türkiyədəki toplanışına qatılan 30 yaşlı futbolçu tezliklə münasibətləri rəsmiləşdirəcək. O, “Zirə” ilə 1 illik sazişə qol çəkəcək.

 

Bununla da “Zirə” yay fasiləsində 5 transferini həyata keçirib. Bakılılar buna qədər İlkin Qırtımov, Kamal Mirzəyev, Bilal Hamdi və Dilan Duventrunu heyətə qatmışdılar.

 

Qeyd edək ki, Pərdis Fərcad-Azad Azərbaycan millisinin heyətində 6 oyun keçirib

0