[b]Qana və Əlcəzair 1/4 finalda![/b]
28.01.2015 - 01:10
[b]Qana və Əlcəzair 1/4 finalda![/b]

Afrika Millətlər Kubokunun C qrupunda sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Ekvator Qvineyasında baş tutan turnirin növbəti 1/4 finalçıları artıq bəlli olub.

 

Seneqal millisi Əlcəzairlə qarşılaşıb. Görüşdə ikincilər 0:2 hesabı ilə qalib gəlib. Qana isə CAR-ı 2:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, 3 oyundan 6 xal toplayan Qana növbəti mərhələyə qrup lideri kimi adlayıb. Eyni xala malik olan Əlcəzair isə qrupda ikinci yeri tutaraq, 1/4 finala adını yazdırıb. Seneqal 4 xalla 2-ci, CAR isə 1 xalla sonuncu pillədə qərarlaşaraq, turnirlə vidalaşıb.

 

Qeyd edək ki, digər 1/4 finalçılar Konqo, Ekvator Qvineyası, Tunis və Konqo Demokratik Respublikasıdı. Bu gün isə Qvineya Mali ilə, Kamerun Fil Dişi Sahili ilə üz-üzə gələcək.

 

 

Afrika Millətlər Kuboku

C qrupu

27 yanvar

CAR - Qana - 1:2

Qollar: Boye, 73 - Masanqo, 17, Ayu, 83

 

Seneqal - Əlcəzair - 0:2

Qollar: Marez, 11, Bentaleb, 82

 

1.

Qana

3

2

0

1

4:3

6

2.

Əlcəzair

3

2

0

1

5:2

6

3.

Seneqal

3

1

1

1

3:4

4

4.

CAR

3

0

1

2

3:6

1

 

0