[b]“Xəzər Lənkəran”ın zədəlisi qayıdır[/b]
28.01.2015 - 16:21
[b]“Xəzər Lənkəran”ın zədəlisi qayıdır[/b]

“Müalicəm davam edir. Hazırda bütün diqqətimi zədəmi sağaltmağa yönəltmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanov deyib.

 

Zədə ucbatından “ağ-yaşıllar”ın Antalya toplanışına qatılmayan 29 yaşlı futbolçu hazırda özünü yaxşı hiss edir. Ramaldanovun sözlərinə görə, tezliklə məşqlərə başlayacaq: “Demək olar ki, zədəmi sağaltmışam. 3-4 günə məşqlərə başlayacam. Yəqin ki, qış fasiləsindən sonra bir neçə tur komandama kömək edə bilməyəcəm. Məşqlərə başlayandan sonra mənə əvvəlki formamı bərpa etmək üçün vaxt lazım olacaq. Əsas odu ki, dönüşümə çox qalmayıb”.

 

Qeyd edək ki, Rasim Ramaldanov 2013-cü ildən “Xəzər Lənkəran”ın formasını geyinir.

 

 

0