Bəxtiyar Abbasovun rəqibi dəyişdi
04.03.2015 - 20:18
Bəxtiyar Abbasovun rəqibi dəyişdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasovun rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmada rəqib gözlənildiyi kimi Pavel Kuş deyil, ukraynalı Aleksandr Boyko olacaq.

 

Buna səbəb Kuşun zədələnməsi və döyüşdən imtina etməsidi.

 

84 kq çəkiyə malik Boyko peşəkar rinqdə 20 döyüş keçirib. Bunlardan 12-də qalib gələn Ukrayna təmsilçisi 8 qarşılaşmada məğlub olub.

0