“Qrup birincisi olmalıyıq” – italiyalı futbolçu
29.03.2015 - 09:09
“Qrup birincisi olmalıyıq” – italiyalı futbolçu

“Bolqarıstanla oyunlar İtaliya üçün həmişə çətin keçib. Bu dəfə də elə oldu. Çox şadam ki, komandaya köməyim dəydi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının üzvü Eder deyib.

 

AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan İtaliya yığması dünən səfərdə Bolqarıstanla qarşılaşıb. “Sampdoriya”nın hücumçusu Ederin son dəqiqələrdə vurduğu qol “Skuadra Adzurra”nı məğlubiyyətdən xilas edib.

 

Debüt matçındaca fərqlənən Braziliya əsilli forvard qələbəni belə şərh edib: “Baş məşqçi mənə inamını göstərdi, mən də ilk oyundaca fərqlənməyi bacardım. Debüt matçında qol vurmaq müsbət haldı. Başa düşürəm ki, İtaliya yığmasında möhkəmlənmək çox çətin olacaq. Ancaq bu oyunun millidə keçirdiyim sonuncu matç olmayacağına əminəm. Qrupun növbəti görüşlərinə daha ciddi hazırlaşmalıyıq. Bundan sonra xal itkisinə yol verməməliyik. Qrup birincisi olmalıyıq”.

 

Qeyd edək ki, Bolqarıstan – İtaliya matçı 2:2 hesabı ilə nəticələnib.

 

0