[b]“Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”[/b]
01.04.2015 - 10:25
[b]“Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”[/b]

“Matçın nəticəsi bizim elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək. Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən, Danimarkanın güclü komanda olduğunu bildirmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı mütəxəssis Avropa çempionatının elit-raund mərhələsinin Danimarka ilə oyunu haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb. Adam 0:3 hesablı məğlubiyyətə baxmayaraq, qapıçıdan daha çox razı qalıb: “Məncə, qrupumuzda yer alan komandalar arasında komanda şəklində ən güclü məhz Danimarka yığması idi. Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdı. Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi. Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”.

 

Qeyd edək ki, Fransada keçirilən seçmə mərhələdə meydan sahiblərinə 0:2, İngiltərəyə 0:1 hesabı ilə uduzan yığmamız qrup sonuncusu olub.

0