İnzagi gedir, Kannavaro gəlir
25.04.2015 - 13:40
İnzagi gedir, Kannavaro gəlir

“Milan”ın baş məşqçi postunda dəyişiklik olacaq. Apasport.az saytı xəbər verir ki, Filippo İnzaginin işindən narazı olan klub rəhbərliyi onunla yolları ayırmağı düşünür.

 

Komandanın turnir cədvəlinin 9-cu pilləsində qərarlaşması nə rəhbərlik, nə də azarkeşlərin ürəyincədi. “Rossonyerlər”in yeni çalışdırıcısının Fabio Kannavaro olacağı gözlənilir. Hazırda Çinin “Quançjou Everqrand” klubuna rəhbərlik edən 42 yaşlı məşqi ilə danışıqlara başlanılıb. Kannavaronun bu təklifi geri çevirəcəyi inandırıcı görünmür.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində “Napoli”, “Parma”, “İnter”, “Yuventus” və Madrid “Real”ının formasını geyinən Kannavaro 2011-ci ildə butslarını “mismardan asıb”. 

0