[b]Roman Qriqorçuk: Lənkərandakı oyun dərs oldu[/b]
25.04.2015 - 18:57
[b]Roman Qriqorçuk: Lənkərandakı oyun dərs oldu[/b]

“Növbəti üç xalımızı qazandıq, amma mən komandamın oyunundan narazıyam”. Apasport. az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XXXI tur “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşmasının ardından qonaqların baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Əcnəbi mütəxəssis Lənkəranda baş tutan matçın onun komandası üçün dərs olduğunu bildirib: “Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdu. Lənkərandakı oyun dərs oldu”

 

Bundan başqa, Qriqorçuk oyunçularının özlərini rahat hiss etməsindən danışıb: “Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidi. Bəlkə də, bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.  
 

Qeyd edək ki, “Qəbələ” cari turda “Xəzər Lənkəran” üzərində minimalhesablı qələ qazanıb. 

 

Mənbə: PFL

 

0