[b]“Robert Prosineçkinin haqqımda elə söz deməsi...” [/b]– MÜSAHİBƏ
02.05.2015 - 23:31
[b]“Robert Prosineçkinin haqqımda elə söz deməsi...” [/b]– MÜSAHİBƏ

“Sumqayıt” klubunun futbolçusu Məhəmməd Qurbanov Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Neftçi” ilə keçirilən oyundan (2:2) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Avropa Liqasına vəsiqəni təmin etmiş rəqiblə dueldə heç-heçəni uğur saymaq olarmı?

- Maraqlı oyun alındı. Rəqib erkən qolumuza tez cavab versə də, fasiləyə üstün durumda yollanmağı bacardıq. Bu qoldan sonra sanki bir qədər “boşaldıq”. “Neftçi”nin azlıqda qalması işimizə yaramalı idi. Buna görə də fasilədə uşaqlarla danışdıq ki, daha kompakt şəkildə oynamalıyıq. İşimizin öhdəsindən qismən də olsa gələ bildik. Təəssüfləndirici məqam qələbəni sona az vaxt qalmış əldən verməyimiz oldu

 

– Qələbə hesabını niyə qoruya bilmədiniz?

- Əslində, hesabı artırmaq üçün şansımız çox oldu. Bundan istifadə edib, üçüncü qolu vurmalı idik. Amma şanslarımızı boşa verdik. Rəqib isə cavab qolunu vurdu. Qələbəni özümüz əldən verdik.

 

- “Neftçi” azlıqda qaldıqdan sonra üstünlüyü qoruyacağınız gözlənilirdi...

- Rəqibin “Neftçi” olduğunu unutmayaq. Çox güclüdü, heyətlərində yaxşı futbolçular var. Onlar azlıqda qalsalar da, mübarizəni dayandırmadılar. Biz də meydanda gəzmirdik, çalışırdıq ki, paytaxtı  3 xalla tərk edək. Amma alınmadı.

 

- Milliyə dəvət edildikdən sonra sizə maraq artıbmı? Yəni, hansı klubdan təklif almısınızmı?

- “Sumqayıt”la müqaviləm başa çatmayıb. Daha 6 ay bu komandanın formasını geyinməliyəm. Ona görə də indidən hansısa açıqlama vermək istəmirəm. Rəhbərliklə danışdıqdan sonra nəsə demək olar.

 

 - Oyunu millinin baş məşqçisi Robert Prosineçki də izləyirdi və xüsusilə də birinci hissədə nümayiş etdirdiyiniz oyundan razı qaldığını açıqlayıb. Bu, sizə əlavə stimul verirmi?

- Bu cür fikir eşitmək xoşdu. Əlbəttə, Robert Prosineçkinin haqqımda elə söz deməsi ürəyimcədi. Əlimdən gələni etməliyəm ki, onun etimadını doğruldum və yenidən milliyə dəvət alım.

 

 

0