Ronaldo məşqdə zədələndi
05.05.2015 - 08:27
Ronaldo məşqdə zədələndi

Çempionlar Liqasının yarımfinalında bu gün “Yuventus”la qarşılaşacaq Madrid “Real”ı oyuna itki ilə çıxa bilər. Apasport.az saytı xəbər verir ki, “kral klubu”nun “qol maşını” Kriştianu Ronaldo zədələnib.

 

Turindəki məşq zamanı zədə alan Ronaldo belində ağrılar hiss edib. Portuqaliyalı futbolçuya elə meydançadaca yardım edilib. Bundan sonra Ronaldo məşqə davam etsə də, onun yekun durumuna bu gün aydınlıq gələcək. Həkimlər 30 yaşlı hücumçunun “Yuventus”a qarşı oynamaq ehtimalının daha yüksək olduğunu düşünürlər.

 

Qeyd edək ki, “Yuventus” – “Real” matçı bu gün Bakı vaxtı ilə 23:45-də baş tutacaq. 

0