[b]Bakı-2015:[/b] [b]Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək[/b]
21.05.2015 - 19:25
[b]Bakı-2015:[/b] [b]Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək[/b]

Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.
 

Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.

0