Türkiyəli futbolçu “Barselona”ya keçir
22.05.2015 - 10:45
Türkiyəli futbolçu “Barselona”ya keçir

“Barselona” rəhbərliyi “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbadan sonra daha bir orta sahə oyunçusunun razılığını alıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Dortmund “Borussiya”sının oyunçusu İlkay Gündoğan karyerasını Kataloniya klubunda davam etdirməyə çox yaxındı.

 

“Borussiya” ilə 2016-cı ilin yayına qədər olan müqaviləsini uzatmaqdan imtina edən 24 yaşlı futbolçu yaxın günlərdə Münhenə yollanacaq. O, məhz orda “Barselona” həkimləri tərəfindən tibbi müayinədən keçiriləcək. Bundan sonra danışıq müsbət nəticələnərsə, Türkiyə əsilli oyunçu gələn ilin yanvarında “Barselona”ya keçəcək.

 

Qeyd edək ki, La Liqanın çempionu transfer qadağasına görə, bu yay heç bir oyunçunu heyətinə qata bilməyəcək. İlkay Gündoğan kimi, Poqbanın da məhz 2016-cı ilin əvvəlində “Barselona” formasını geyinməsi gözlənilir.

0