[b]“Neftçi” Azərbaycanı Afrikada 6-cı etdi[/b]
25.05.2015 - 09:20
[b]“Neftçi” Azərbaycanı Afrikada 6-cı etdi[/b]

Mərakeşin paytaxtı Rabatda cüdo üzrə keçirilən “World Masters” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, səfərə 6 idmançı ilə yollanan komandamız vətənə 3 medalla qayıdır. Hacıağa Hacıəhmədovun yetirmələrindən hazırda yaxşı formada olan Elmar Qasımov (100 kq) yenə bütün rəqiblərinə qalib gəlib. Ondan fərqli, yalnız finalda uduzan Orxan Səfərov (60 kq) gümüş medalla kifayətlənib. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov isə 3-cü yeri tutub.

 

Digər cüdoçularımıza gəlincə, Elxan Məmmədovla (100 kq) Nicat Şıxəlizadə (66 kq) isə 7-ci olublar. İlqar Müşkiyev (60 kq) ikinci döyüşündə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, “Neftçi İdman Klubu”nun yetirmələrinin qazandıqları bu nəticə sayəsində Azərbaycan 50 ölkə arasında 6-cı olub. 

0