Norveç Azərbaycanla oyun üçün afrikalı bombardiri milliləşdirir
26.05.2015 - 09:48
Norveç Azərbaycanla oyun üçün afrikalı bombardiri milliləşdirir

Norveç millisi Azərbaycanla oyuna yeni futbolçu çağıra bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızı qəbul edəcək skandinaviyalılar “Stabek”in hücumçusunu milliləşdirmək istəyirlər.

 

Belə ki, həm Norveç, həm də Fil Dişi Sahili vətəndaşlığı olan Adama Diomande yığmamızla oyuna çağırıla bilər. Norveç çempionatının ilk 10 turundan sonra 8 qola imza atan afrikalı futbolçu bununla bağlı Norveç Futbol Federasiyasından təklif aldığını açıqlayıb.

 

25 yaşlı forvard təklifi qəbul edəcəyi təqdirdə Azərbaycan millisi ilə matçda debüt edəcəyini deyib: “Amma Norveç, yoxsa Fil Dişi Sahili yığmasını seçəcəyimə hələ qərar verməmişəm. Bu barədə düşünməliyəm. İndi yalnız çempion olmaq və bombardir adına yiyələnmək barədə düşünürəm. Bilirəm ki, Norveçdə bunu yalnız iki komandada reallaşdırmaq mümkündü. Bunlar da “Rusenborq” və “Stabek”di”.

 

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu iyunun 12-də Oslo şəhərində keçiriləcək.

0