[b]Bakı-2015: Spotter polşalı idmançını xilas etdi - VİDEO[/b]
22.06.2015 - 17:35
[b]Bakı-2015: Spotter polşalı idmançını xilas etdi - VİDEO[/b]

Azərbaycan paytaxtında keçirilən Bakı-2015 I Avropa Oyunları zamanı maraqlı hadisə baş verib. APA-nın məlumatına görə, hadisə Milli Gimnastika Arenasında sinxron batut yarışları zamanı qeydə alınıb. Polşa təmsilçilərinin duet yarışı zamanı idmançılardan biri müvazinətini itirərək döşəyin kənarına düşüb.

 

Bu zaman yaxınlıqda olan spotter (spotterlər peşəkar idmançı və məşqçilərdən seçilir. Vəzifəsi yıxılmaq təhlükəsi ilə üzləşən idmançıları sığortalamaqdır) müdaxilə edərək, idmançının yerə düşməsinin qarşısını alıb.

 

Polşalı idmançı hər hansı bədən xəsarəti almayıb. 

 

0