[b]Bakı-2015: “Biz onu Olimpiadaya hazırlayırıq” - Azərbaycan yığmasının baş məşqçisi[/b]
24.06.2015 - 20:22
[b]Bakı-2015: “Biz onu Olimpiadaya hazırlayırıq” - Azərbaycan yığmasının baş məşqçisi[/b]

“Həqiqətən də, çətin yarışdı. Biz buna çoxdan hazırlaşırdıq. İndi əməyimizin bəhrəsini görürük”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Rok deyib.

 

O, zədələnən boksçumuz Məhəmmədrəsul Məcidovla bağlı vəziyyətə aydınlıq gətirib:

“Qazana biləcəyimiz 10 medaldan 9-nu artıq əldə etməyi bacarmışıq. Hazırda Məhəmmədrəsul özünü yaxşı hiss edir. Azərbaycan Boks Federasiyası belə qərara gəlib ki, o yarışı saxlasın. Ancaq biz onu Olimpiadaya hazırlayırıq”.

0