[b]“Final o qədər də çətin olmadı” [/b]- Lorenzo Sotomayor - VİDEO
26.06.2015 - 20:44
[b]“Final o qədər də çətin olmadı” [/b]- Lorenzo Sotomayor - VİDEO

“Döyüş mənim düşündüyüm kimi normal keçdi. O qədər də çətin olmadı”. Bunu apasport.az saytına boks üzrə Azərbaycan yığmasının idmançısı Lorenzo Sotomayor deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 64 kq çəki dərəcəsində gücünü sınayan təmsilçimiz öncəki rəqibləri kimi, finalda da italiyalı Vinçenzo Manqiakapreyə heç bir şans verməyib və qızıl medala layiq görülüb.

 

Sotomayor çempionluqla bağlı bunları deyib: “Çempion olduğum üçün çox sevinirəm. Mən buna layiq idim. Şadam ki, məni belə dəstəkləyən Azərbaycanın bayrağını qaldırdım. Məşqçimin əziyyəti çox olub. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

0