Şaqirinin transfer qiyməti açıqlandı
04.07.2015 - 13:01
Şaqirinin transfer qiyməti açıqlandı

“İnter”in isveçrəli futbolçusu Xerdan Şaqiri “Roma”nın maraq dairəsinə düşüb. Apasport.az saytı xəbər verir ki, “canavarlar” yay transfer dövrünün sonuna qədər bu keçidi həll etmək niyyətindədilər.

 

Milanlılar da öz növbəsində, Şaqiri ilə yolları ayırmağın əleyhinə deyillər. Sadəcə, 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klub 18 milyon avrosundan keçməlidi.

 

“Roma”nın istəyi həyata keçməyə də bilər. Belə ki, Şaqiri ilə “Liverpul” və “Stok Siti” klubları da danışıq aparırlar.

 

Qeyd edək ki, Şaqiri “İnter”ə bu ilin yanvarında “Bavariya”dan keçib. O, “neradzurra”nın heyətində ümumilikdə 20 oyunda 3 qol vurub. 

0