“Qəbələ” “Dinamo” üçün hazırlaşır
07.07.2015 - 22:35
“Qəbələ” “Dinamo” üçün hazırlaşır

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyununa hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, iyulun 2-də Gürcüstanda keçirilən ilk qarşılaşmadan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 5-dən hazırlıqlarını bərpa edib.

 

Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb. Roman Qriqorçukun yetirmələri sabah oyunöncəsi son məşqinə çıxacaq. (klub saytı)

0