[b]Ansi Aqolli və Reynaldonu Şotlandiyada nə gözləyir?[/b]
27.07.2015 - 14:03
[b]Ansi Aqolli və Reynaldonu Şotlandiyada nə gözləyir?[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şotlandiyada “Seltik”ə qarşı oyunu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi avrokuboklarda 40-cı görüşünü keçirəcək.

 

Qitə miqyaslı turnirlərdə 2002-ci ildə “Tirana”nın heyətində debüt edən Aqolli “Qarabağ”da 34, Albaniya paytaxtının eyniadlı komandasında 4 matç keçirib. Hər iki komandada 1 qola sevinən müdafiəçi İsveçrə “Ksamaks”ının heyətində İntertoto kubokunda da çıxış edib.

 

Bu qarşılaşma həm də Aqollinin 1 qola sevindiyi Çempionlar Liqasında 10-cu qarşılaşması kimi tarixə düşəcək. O, Avropa Liqasında 29 oyunda da 1 qol vurub.

 

Aqolli kimi “Qarabağ”ın əsas qol ümidi Reynaldo da Qlazqoda yubiley qeyd edəcək. Braziliyalı 25-ci avrokubok matçına çıxacaq. Əvvəlki 24 oyunda 9 qol vuran yarımmüdafiəçi 10-u dəfə fərqlənsə, daha bir yubileyə sevinəcək.

 

“Sambaçı” Avropa Liqasında 17 oyunda 6, Çempionlar Liqasında 7 matçda 3 qol vurub. Belçika klubları “Serkl Brügge” (4 oyun, 1 qol) və “Anderlext”də (2 oyun) də oynamış Reynaldo Ağdam təmsilçisində 18 oyunda 8 qol vurub.

 

Aqolli və Reynaldodan kiçik yubiley qeyd edənlərdən Elvin Məmmədov 20-ci, İlqar Qurbanov 15-ci avrokubok oyununda iştirak edə bilər. Maksim Medvedevlə Namiq Yusifov Çempionlar Liqasında 5-ə çatmaq imkanına malikdi.

 

 

0