[b]“Azərbaycan və Norveçdən 4 xal almaq pis olmaz” – Deyan Lovren[/b]
01.09.2015 - 15:15
[b]“Azərbaycan və Norveçdən 4 xal almaq pis olmaz” – Deyan Lovren[/b]

“Azərbaycan və Norveçlə oyunun nəticəsi bizim üçün çox önəmlidi. Maksimum nəticə məqsədə çatmağımıza kömək edə bilər”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren deyib.

 

Xorvatiya millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da isə Norveçin qonağı olacaq.

 

“Liverpul”dakı çıxışı ilə diqqət çəkən Lovren Xorvatiya mətbuatına açıqlamasında yığmanın qarşıdakı oyunlardakı hədəfindən söz açıb: “Həm Azərbaycan, həm də Norveçi məğlub etməliyik. Bunun üçün çox çalışmalı olduğumuzu da bilirik. Ancaq bu iki görüşdə 6 xal toplamaq olar. Məğlubiyyəti heç ağlımızdan da keçirməməliyik. Fikrimcə, iki oyunda 4 xal toplamaq da pis nəticə olmaz”.

 

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

0