Bakı klubu Çempionlar Liqasının matçlarını keçirəcəyi arenanı açıqladı
03.09.2015 - 11:29
Bakı klubu Çempionlar Liqasının matçlarını keçirəcəyi arenanı açıqladı

“Telekom”un Çempionlar Liqası çərçivəsində ev oyunlarını keçirəcəyi arena müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı klubu sələfi “Rabitə” kimi rəqiblərini “Sərhədçi” İdman Olimpiya Mərkəzində qəbul edəcək.

 

Komandanın bütün ev matçlarının start fiti isə saat 17:00-da veriləcək.

 

Qeyd edək ki, “Telekom” “Fənərbaxça” (Türkiyə), “İmpel” (Polşa) və “Dresdner”lə (Almaniya) birgə E qrupunda yer alıb. 

0