[b]Özbəkistan yığmasının üzvü “Rəvan”da[/b] - FOTO
03.09.2015 - 11:52
[b]Özbəkistan yığmasının üzvü “Rəvan”da[/b] - FOTO

Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanan “Rəvan” təlim-məşq toplanışını Zaqatalada davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

“Transfer pəncərəsi” bağlanmasına baxmayaraq, klublar azad agent statusu daşıyan oyunçularla anlaşmaqda sərbəstdilər. “Rəvan” da bundan yararlanaraq, daha bir oyunçunu baxışa dəvət edib. Bu, Özbəkistan yığmasının yarımmüdafiəçisi Alibobo Raxmatullayevdi. 24 yaşlı oyunçu bu gün Bakıya gələcək və birbaşa Zaqatalaya yollanaraq, klubun düşərgəsinə qoşulacaq.

 

Baş məşqçi Emin Quiyev sentyabrın 5-də Tiflisdə “Saburtalo” klubu ilə baş tutacaq yoxlama görüşündə Alibobonu sınaqdan keçirəcək. Gənc çalışdırıcı onun çıxışından məmnun qalsa, futbolçu ilə müqavilə bağlanacaq.

 

Qeyd edək ki, “Bunyodkor”un yetirməsi olan Alibobo Raxmatullayev son olaraq “Buxoro” klubunun formasını geyinib. O, 2012-ci ildə Özbəkistan yığmasının heyətində 1 oyun keçirib və hazırda da millinin potensial üzvlərindən sayılır. 

0