[b]Sergey Smaqin Azərbaycan millisinə inanmır – Titul üçün 3 namizəd[/b]
10.11.2015 - 13:03
[b]Sergey Smaqin Azərbaycan millisinə inanmır – Titul üçün 3 namizəd[/b]

“Kişi komandalar arasında Avropa çempionatında qələbəyə əsas namizədlər Rusiya, Ermənistan və Fransa yığmalarıdı”. Apasport.az saytının məlumatına görə, bunu Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smaqin deyib.

 

Təcrübəli mütəxəssis noyabrın 12-22-də İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək komandalararası qitə çempionatında favoritlərini açıqlayıb. O bildirib ki, kişilər arasında titulun hazırkı sahibi Azərbaycan millisinin əsas iddiaçılar arasında görmür: “Bu yarış Olimpiada öncəsi komandalararası son böyük sınaqdı. Əksər yığmalar gələcək heyətlərini burada oynadacaqlar. Qələbəyə bir sıra millilər ümid etsələr də, bu turnirin özünəxas xüsusiyyətləri var. Çünki burada Olimpiadadan fərqli, Çin və ABŞ milliləri olmayacaq. Qələbəyə əsas namizəd kimi Rusiya, Ermənistan və Rusiyanı görürəm. Millimiz son illərdə bütün yarışlarda favorit olsa da, çox az qalib gəlir”.

 

Qeyd edək ki, Avropa çempionatında kişilərin yarışında yığmamızda Teymur Rəcəbov (2739), Şəhriyar Məmmədyarov (2743), Arkadi Naydiç (2689), Rauf Məmmədov (2653) və Eltac Səfərli (2657) yer alacaq.

0