[b]"Telekom" Bundesliqa çempionuna uduzdu - YENİLƏNİB[/b]
25.11.2015 - 23:30
[b]"Telekom" Bundesliqa çempionuna uduzdu - YENİLƏNİB[/b]

Bakının “Telekom” klubu qadın voleybolçular arasında Çempionlar Liqasında 3-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələri Almaniyanın “Dresdner” klubu ilə görüşüb.

 

E qrupunun III turu çərçivəsində baş tutan qarşılaşma təmsilçimiz üçün böyük önəm kəsb edirdi. İlk iki turda cəmi 1 xal qazanan bakılılar aşkar favoriti olduğu matçı məğlubiyyətlə başa vuraraq işini xeyli çətinə salıb.

 

Polşa “İmpel”ini məğlub edərək, sensasiyaya imza atan Bundesliqanın qalibi Qayiçin yetirmələrini də 3:0 hesabı ilə məğlub ediblər. 

 

Çempionlar Liqası

Qrup mərhələsi

 

III tur

 

25 noyabr

E qrupu

“Dresdner” (Almaniya) - “Telekom” (Azərbaycan) - 3:0 (25:16, 25:21, 26:24)

Hakimlər: Omero Satanassi (İtaliya), Arturo Di Giakomo (Belçika)

Drezden, Marqon Arena

 

1.

Fənərbaxça

3

3

0

9:3

8

2.

Drezdner

3

2

1

7:5

5

3.

İmpel

3

1

2

5:6

4

4.

Telekom

3

0

3

2:9

1

0