[b]Tahir Gözəl: İnanmıram, şansımız çox azdı[/b]
27.11.2015 - 00:31
[b]Tahir Gözəl: İnanmıram, şansımız çox azdı[/b]

“Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra “Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Tottenhem”lə qarşılaşan ağdamlıların rəhbəri 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib: “Əlbəttə, rəqib çox güclü idi. İnkişaf etmiş və güclü kollektivdi. Vurduğumuz qolun ofsayt olması bizim bəxtsizliyimiz idi. Nəsə “Qarabağ”ın ofsaytlarla bəxti gətirmir. Əlimizdən gələni etdik, mübarizə apardıq. Çox çətin qrupa düşmüşdük. Ancaq “Qarabağ” meydana çıxdığı hər oyunda qələbəyə yaxın tərəf idi. Klubumla fəxr edirəm. Azərbaycanı layiqincə təmsil etdik”.

 

Gözəl qrupun son oyununda da meydana qələbə üçün çıxacaqlarını deyib: “Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq onu bilmirik. Düzü inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən “Qarabağ”ımla fəxr edirəm”.

0