[b]“Qarabağ” “Tottenhem”in gücünü tükətdi” – Pol Merson[/b]
27.11.2015 - 13:13
[b]“Qarabağ” “Tottenhem”in gücünü tükətdi” – Pol Merson[/b]

“Həftəsonu keçiriləcək London derbisinin favoriti “Çelsi”di. Çünki “Tottenhem”lə müqayisədə “zadəganlar”ın Avrokubok oyunu asan keçdi”. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Pol Merson deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən Bakıda “Qarabağ”la qarşılaşan və 1:0 hesablı qələbə qazanan “Tottenhem” noyabrın 29-da İngiltərə Premyer Liqasının XIV turunda “Çelsi” ilə üz-üzə gələcək.

 

“Arsenal”dakı çıxışı ilə tanınmış Mersonun fikrincə, bu görüşdə “Çelsi” qələbə qazanacaq: “Çelsi”ni hamı siyahıdan silib. Amma relsə düşsələr və ardıcıl 4-5 qələbə qazana biləsələr, yenidən yarışa qoşularlar. Çempionlar Liqası matçında “Makkabi” üzərində rahat qələbə qazandılar. “Tottenhem” isə dünən ağır oyun keçirdi və 6 saatlıq yol gəldi. Baş məşqçi Maurisio Poçettino əsas heyətin çoxuna bu görüşdə şans vermişdi. Məncə, “Qarabağ” “Tottenhem”in gücünü tükətdi. Bərpa olunmaq üçün çox vaxtları da yoxdu. London derbisində onların işi çox çətin olacaq. “Çelsi”nin səfərdə qalib gəlməsi mənim üçün sürpriz olmaz”.

 

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 13 turdan sonra 5-ci pillədə qərarlaşır. Uğursuz mövsüm keçirən “Çelsi” isə 15-ci pillədə yer alır.

0