[b]Yığmamızdan 10 qol[/b]
30.11.2015 - 14:53
[b]Yığmamızdan 10 qol[/b]

Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Tino Peresin yetirmələri ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma ilə qarşılaşıb.

 

Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan millimiz bu görüşdə böyük hesabla qalib gəlib – 10:1. Millimizin 3 üzvü - Edu, Auqusto və Rafael matçda dubla imza atıb. Vitali Borisov, Amadeu, Andre de Kampos və Ramiz Çovdarov hərəyə 1 dəfə fərqlənib.

 

Mənbə: affa.az

0