Rusiyalı şahmatçı dünyasını dəyişib
12.01.2016 - 14:34
Rusiyalı şahmatçı dünyasını dəyişib

Yeniyetmə şahmatçılar arasında dəfələrlə Rusiya və Avropa çempionu olan İlya Bukavşin dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı rusiyalı qrossmeysterin ölümünün ilkin səbəbi kimi insult göstərilir.

 

Ölkəsinin ən perspektivli şahmatçılarından hesab olunan Bukavşin üçün ötən il uğurlu alınıb. O, “Aeroflot Open”in mükafatçısı olub, Rusiya çempionatının superfinalına yüksəlib və ölkə kubokunu qazanıb.

0