“Yuventus”un futbolçusu mövsümü erkən qapatdı
04.02.2016 - 20:37
“Yuventus”un futbolçusu mövsümü erkən qapatdı

“Yuventus”un müdafiəçisi Martin Kasares ciddi zədələnib. Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu “Cenoa” ilə oyunda sıradan çıxıb.

 

İlkin müayinələrdən sonra məlum olub ki, onun dabanında təcili cərrahiyyə əməliyyatı edilməlidir.

 

Futbolçunun əməliyyatdan sonrakı bərpa prosesi mövsümün sonun kimi çəkəcək.

0