Yığmamızın üzvü “11-lik”də
08.02.2016 - 18:49
Yığmamızın üzvü “11-lik”də

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatının ən məhsuldar oyunçuları və ən yaxşı assistentlərinin siyahıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan millisi də təmsil olunub.

 

İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalarda ümumilikdə 6 qol vuran komandamızın üzvləri bombardirlər yarışında liderlərdən uzaq qalıb. Belə ki, yığmamızın qollarına fərqli futzalçılar imza atıb.

 

Assistentlərin yarışında da isə Auqusto fərqlənənlər sırasındadı. O, 1-dən artıq qolun ötürməsini verən 11 oyunçudan biridi. Yalnız 3 dəfə fərqlənən iki futzalçıdan geri qalan milliləşən braziliyalımız 3-11-ci yerlərə şərikdi. Təmsilçimiz ispaniyalı Bebe və serbiyalı Marko Periçdən yalnız 1 məhsuldar ötürmə geri qalır.  2013-14-cü illərdə ölkəmizdə Naxçıvanın “Araz” klubunun formasını geyinən serbiyalı Azərbaycan çempionu titulunu da qazanıb.

0