Fransız futbol adamına ağır cəza – 12 il futboldan uzaqlaşdırıldı
12.02.2016 - 19:40
Fransız futbol adamına ağır cəza – 12 il futboldan uzaqlaşdırıldı

FİFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 illik cəzalandırıb.

 

O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.

 

Qeyd edək ki, fransız futbol funksioneri ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

 

O, 2014-cü ildə keçirlən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu.

0