[b]“Qəbələ”nin kvarteti “Neftçi”yə qarşı oynamayacaq[/b]
29.04.2016 - 12:17
[b]“Qəbələ”nin kvarteti “Neftçi”yə qarşı oynamayacaq[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Neftçi”ni qəbul edəcək “Qəbələ” matçın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” məşqləri doğma meydanda keçirəcəklər.

 

Paytaxt klubu ilə oyunöncəsi “Qəbələ”nin heyətində problemlər davam etməkdədi. Belə ki, 4 futbolçu hələ də zədəsini sağaltmayıb. Söhbə Ruslan Abışov, Luis Hilario Dodo, Sergey Zenyov və Ermin Zetsdən gedir. Kollektivlə birgə məşqlərdə iştirak etməyən kvartet (“dördlük”) “Neftçi” ilə kubok görüşünü olduğu kimi, çempionat matçını da buraxacaq.

 

Klubun həkimləri adıçəkilən oyunçuların hələ də zədədən əziyyət çəkdiyini bildiriblər. “Qəbələ”nin aparıcı üzvlərinin nə vaxt sıraya dönəcəyi dəqiq bilinmir. İndiki vəziyyətdə Abışov, Dodo, Zenyov və Zetsin “Neftçi” ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə də iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Qəbələ” və “Neftçi” arasında baş tutacaq çempionat qarşılaşması mayın 1-də keçiriləcək.

 

  

0