[b]Zidan: Bu, möcüzə deyil[/b]
03.05.2016 - 18:45
[b]Zidan: Bu, möcüzə deyil[/b]

“Ranyeri fenomenal iş gördü. Ona görə çox sevinirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.

 

“Lester”in İngiltərə çempionluğunu rəsmiləşdirməsi “Zizu”nu sevindirib. Bununla bağlı Britaniya mətbuatına açıqlama verən Fransa yığmasının sabiq üzvü “Lester”in baş məşqçisi Klaudio Ranyerini tərifləyib.

 

O bildirib ki, “Lester”in uğurunu sürpriz qarşılamayıb: “Lester”in İngiltərə çempionu olmasını möcüzə adlandırmazdım. Bu, möcüzə deyil, ağır işin bəhrəsidi”.

 

 

0