[b]“Qalatasaray” ilk finalçıdı - VİDEO[/b]
05.05.2016 - 00:34
[b]“Qalatasaray” ilk finalçıdı - VİDEO[/b]

Türkiyə kubokunda ilk finalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, öz meydanında "Rizəspor"la qolsuz bərabərə qalan "Qalatasaray" finala vəsiqə qazanıb.

 

Bu komandalar arasında Rizədə keçirilmiş ilk oyunda "aslanlar" 3:1 hesabıyla qalib gəlmişdi.

 

"Cim-bom"un finaldakı rəqibinin adına bu gün baş tutacaq "Fənərbaxça" - "Konyaspor" oyununda aydınlıq gələcək. Konyada keçirilmiş ilk oyunda 3:0 hesabıyla qalib gələn "bülbüllər"in finala adlamaq şansları bir xeyli yüksəkdi.

 

Türkiyə kuboku

Yarımfinal, cavab oyunu

4 may

 

“Qalatasaray” – “Rizəspor” - 0:0 (ilk oyun 3:1)

0